Baykerlərimiz 600 km yol qət etdi (VİDEO, FOTO)

Heydər Əliyevin 92 illiyi ilə bağlI “Baku HOG Azerbaijan” qrupu üzvləri də motoyürüşə çıxıblar. Qrupun üzvləri hazırda Naxçıvandadırlar. “Heydər Əliyev yolu ilə” motoyürüşünün iştirakçıları Naxçıvanın tarixi abidələrini də ziyarət edib.

ANS TV-nin məlumatına görə, Heydər Əliyevin 92 illiyilə bağlı motoyürüşə çıxan “Baku HOG Azerbaijan” qrupunun üzvləri hazırda Naxçıvan Muxtar Respublikasındadırlar.

Qrupu Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qarşılayıb və motoyürüşçüləri müşayət edib.

“600 km-dən artıq bir yoldur. Bu yolu motosikletlə qət etmək nə olduğunu dərk etmək o qədərdə çətin olmazl. Bütün cətinliklərə baxmayaraq biz bunu bacardıq”, – deyə yürüş iştirakçısı Nazim Həsənov bildirib.

Motoyürüş iştirakçıları daha sonra Muxtar Respublikanın tarixi abidələrini ziyarət ediblər.

Yürüş iştirakçıları Hüseyn Cavidin məqbərəsini, Naxçıvan Qala muzeyini, o cümlədən Nuh peyğəmbərin məzarı kimi tanınan tarixi abidələrində olublar.

Motoyürüşçülərin növbəti səfəri isə “Əshabi-Kəhf” olacaq.

…read more

From:: ANS