Bakıda Gül bayramı (FOTO)

Bu gün Azərbaycanda Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Gül bayramı qeyd edilir. Paytaxt Bakı bu bayrama xüsusi təmtəraqla hazırlaşıb. Şəhərin müxtəlif parklarında bu münasibətlə tədbirlər keçirilir, təbii güllərdən hazırlanmış kompozisiyalar nümayiş etdirilir.

ANS PRESS-in məlumatına görə, Gül bayramı Bakıdakı Heydər Əliyev parkında da qeyd edilir. Gündüz saatları olmasına baxmayaraq, artıq mindən çox insan parkı ziyarət ediblər. Burada təqdim olunan təbii güllərdən hazırlanan müxtəlif kompoziosiyalar insanların böyük marağına səbəb olub. Təbdir ziyarətçilərdə müsbət əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, bu il müxtəlif kompoziasiyaların hazırlanması üçün 2 milyondan çox güldən istifadə edilib. Güllər müxtəlif ölkələrdən, qitələrdən gətirilib. Bunların içərisində Cənubi və Şimali Amerika, Afrika qitələri, müxtəlif Şərq ölkələri də var. Onu da bildirək ki, gətirilən güllərdən kompozisiya hazırlamaq üçün məhz güllərin aid olduğu ölkərlərin mütəxəssisləri dəvət olunublar və kompozisiyaları da həmin mütəxəssislər hazırlayıblar.

…read more

From:: ANS