Erməni saytının böyük etirafı (FOTO)

İşğalçı Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində baş verənlər barədə mütəmadi etiraflar dərc edən erməni saytı “www.tert.am” dünən axşam yeni bir etirafa imza atıb.

ANS PRESS-in məlumatına görə, dünən saat 23:37-də saytın rus versiyasında dərc olunmuş “David Babayan: Diversiya – suşnost Azerbaydjana” adlı məqalədə Dağlıq Qarabağdakı işğalçı rejimin rəhbərliyinin mətbuat katibi David Babayan Azərbaycan prezidentinin mətbuat katibi kimi təqdim edilib. Xəbər bu saatlara kimi erməni saytında dəyişməmiş qalır.

Məsələyə diqqət yetirən digər erməni saytları da məsələ ilə bağlı xüsusi məqalə dərc ediblər və “www.tert.am”dan yanlışlığı düzəltməyi xahiş ediblər. Lakin sayt xəbərə heç bir dəyişiklik etməyib.

Əcaba, “www.tert.am” xəbəri bu cür təqdim etməklə nə məqsəd güdür? Bəlkə Ermənistanda hakim “Qarabağ” klanının təmsilçilərinin Azərbaycan vətəndaşı olmasına işarə edir?

Amma məsələnin başqa tərəfi də ola bilər. “www.tert.am” bunu David Babayanın öz xahişi ilə də edə bilər. İrəvana bütün ümidlərini itirən Qarabağ sakini David Babayan bəlkə də rəsmi Bakıya işarə vurur ki, istənilən halda özünü Azərbaycan məmuru sayır və torpaqlar geri qayıdandan sonra canla-başla Azərbaycan dövlətçiliyinə xidmət etməyə hazırdır.

Nə bilmək olar? Hər qaranlıq gecənin bir işıqlı sabahı var və Dağlıq Qarabağ torpaqlarının Azərbaycanın nəzarəti altına qayıdacağı gün uzaq deyil. Onda təbii ki, David Babayan da, elə onun rəhbəri Bako Saakyan da Azərbaycan məmurları olacaqlar və başlarının üzərindən Azərbaycan bayrağı asacaqlar. Hələ üstəlik Azərbaycan vətəndaşı olmaqla da fəxr edəcəklər. İnanın mənə, bü dünyada hər şey mümkündür.

…read more

From:: ANS