Baykerlərimiz Naxçıvana çatdı (VİDEO, FOTO)

BAKU HOG AZERBAIJAN qrupunun üzvləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə böyük yürüşə başlayıb. Yürüş “Heydər Əliyev yolu ilə” şüarı altında keçirilir.

ANS PRESS-in məlumatına görə, baykerlərimiz artıq ulu öndərin doğulduğu Naxçıvan şəhərindədirlər. Onlar Naxçıvana gecə saat 04:12-də çatıblar. Duzdağ otelinə yerləşən baykerlərimiz bu gün Heydər Əliyevin yaşadığı evi ziyarət edəcəklər.

Azərbaycanlı baykerlər Naxçıvana İran İslam Respublikasının ərazisindən keçərək gediblər. Onlar İrana Biləsuvar sərhəd-keçid məntəqəsindən keçiblər.

H.Əliyevin anım yürüşünə çıxan baykerlərimiz İranda böyük hörmət və ehtiramla qarşılanıblar. Azərbaycanlı baykerlərin yürüşü iranlıların böyük marağına səbəb olublar. Camaat əfsanəvi “Harley Devidson” motosikletlərinə heyranlıqla tamaşa edirdilər. “Harley Devidson HOG Baku”nun üzvləri bu ölkənin ərazisində iranlı baykerlər tərəfindən müşayiət ediblər.

“Heydər Əliyev yolu ilə” şüarı altında keçirilən yürüşə ümumilikdə 10 bayker qatılıb. Yürüşdə ANS Şirkətlər Qrupunun prezidenti, BAKU HOG AZERBAIJAN-ın direktoru Vahid Mustafayev də iştirak edir. O, yürüşün Naxçıvanda – Heydər Əliyevin yaşadığı evin yanında başa çatacağını deyir: “Ad günündə mərhum prezidentimizi heykəli önünə əklil qoymaqla anacağıq”.

May ayının 9-da başlayan səfər ayın 11-dək davam edəcək. Ümumilli liderin doğum günü baykerlərimiz Heydər Əliyev Muzeyi, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, ümumilli liderin adını daşıyan Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Heydər Əliyev Məktəbi ilə tanış olacaqlar.

Bundan başqa onlar qədim Naxçıvan torpağında bir çox tarixi yerləri də ziyarət edəcəklər.

Qeyd edək ki, yürüş “Harley Devidson HOG Baku”nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilir.

…read more

From:: ANS