Eks prezident və oğullarına həbs (VİDEO)

Misirin sabiq lideri və onun iki oğlu “prezident sarayları” işi üzrə təkrar keçirilən prosesdə çıxarılmış məhkəmə hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

ANS PRESS-in məlumatına görə, Hüsnü Mübarəklə oğulları dövlət başçısı iqamətgahlarının təmir və bərpasına ayrılmış vəsaitləri mənimsəməkdə təqsirkar biliniblər.

Məhkəmə qanunsuz əldə edilmiş 18 milyon dollara yaxın büdcə vəsaitinin şəxsi əmlakın təmirinə yönəldiyini bildirir.

Hüsnü Mübarək bu ittihamlarla bağlı artıq məhkum edilmişdi. Lakin daha yuxarı instansiya məhkəməsi iddialarla əlaqədar təkrar prosesin keçirilməsinə dair qərar çıxarıb. Sabiq prezidentin vəkili hökmə qarşı apellyasiya şikayəti verəcəyini istisna etməyib.

Qeyd edək ki, 2013-cü ildə Hüsnü Mübarək saxlanıldığı həbsxanadan Qahirədəki Maadi hərbi hospitalına keçirilib.

…read more

From:: ANS