Berluskoni kürsüdən yıxıldı (VİDEO)

İtaliyanın sabiq baş naziri xoşagəlməz halla üzləşib.

ANS PRESS-in məlumatına görə, bir neçə il əvvəl vanna otağında duş qəbul edərkən yıxılaraq kəllə-beyin travması alan İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bu dəfə ictimaiyyət qarşısında yıxılıb.

Mayın 31-də ölkədə keçirilməsi planlaşdırılan bələdiyyə seçkisi ilə bağlı partiya rəhbərləri kampaniyalara start verib.

“İrəli İtaliya” siyasi hərəkatının yaradıcısı və sədri 78 yaşlı siyasətçi də bu məqsədlə Liqura bölgəsinin mərkəzi şəhəri Kenovada görüş keçirib. O, çıxışı zamanı partiyasından namizəd olan Covanni Toti üçün dəstək istəyib.

Berluskoni həmçinin, Solçu Demokrat pariyanın sədr müavinini və baş nazir Matteo Renzini tənqid edib.

Çıxışını tamamlayan sabiq baş nazir kürsüdən enərkən özünü nizamlaya bilməyib və yıxılıb. Mühafizəçiləri və partiya nümayəndələrinin köməyi ilə qalxan Berluskoni ayağı altına qoyulan əşyanı havaya qaldıraraq “məni yıxan bu solçu oldu” deyə zarafatla vəziyyəti yumşaltmağa çalışıb.

…read more

From:: ANS