“Real” çempionluq yolunda ağır zərbə aldı (VİDEO)

İspaniya La Liqasında 36-cı turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

Doğma azarkeşləri qarşısında “Real Sosyedad”ı qəbul edən “Barselona” rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Kataloniya təmsilçisi bu qalibiyyətdən sonra növbəti turda da qələbə qazanarsa. çempionluğunu rəsmiləşdirəcək.

“Barselona” ən yaxın izləyicisi olan “real” isə “Valensiya” ilə ev oyununda xal itirməklə aradakı fərqin 4-ə yüksəlməsinin qarşısını ala bilməyib. Rəqibi ilə 2:2 bərabərə qalan “Real” çempionluq yolunda ağır zərbə alıb.

Qeyd edək ki, tura bu axşam keçiriləcək “Rayo Valekano” – “Qetafe” matçı ilə yekun vurulacaq.

9 may, İspaniya La Liqası, 36-cı tur:

“Qranada” – “Kordoba” – 2:0
Qollar: Maynz, 45 (1:0), Əl Arabi, 69-pen (2:0)
Qırmızı vərəqələr: Lopez, 30, Kartabiya, 79 (hər ikisi “Kordoba”)

“Atletik” (Bilbao) – “Deportivo” – 1:1
Qollar: Aduriz, 14 (1:0), Lopo, 90+3 (1:1)

“Barselona” – “Real Sosyedad” – 2:0
Qollar: Neymar, 51 (1:0), Pedro, 85 (2:0)

“Real” – “Valensiya” – 2:2
Qollar: Pako, 19 (0:1), Fueqo, 26 (0:2), Pepe, 58 (1:2), İsko, 84 (2:2)
…read more

From:: ANS