Günün bürcü: ziyan çəkə bilərsiniz

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Xırdalıqlara əhəmiyyət verməyin. Möhtəşəm planlar, yaxşılığa doğru böyük dəyişikliklər, irimiqyaslı döyüşlər və müvafiq qələbələr günüdür. Bədxahlarınızın qarşınıza çıxarmağa heç nələri yoxdur. Aydındır ki, gücləriniz bərabər deyil və siz çox-çox üstünsünüz.
Sizə inanan, sizinlə qürur duyan və bunu gizlətməyən insanlarla ünsiyyət xoşunuza gələcək. Sizi tərifləyənlərə qulaq asın, komplimentlərdən həzz alın – hamısı ürəkdən gələn sözlərdir. Bu gün sizi təkcə gözəl sözlər, sevgi etirafları, həmçinin qiymətli hədiyyələr gözləyir.

Buğa – Başqa adama həvalə etmək, yaxud qeyri-müəyyən müddətə təxirə salmaq istədiyiniz işlərə xeyli vaxt sərf etməli olacaqsınız. Həm çətin, həm asan məsələləri məhz özünüz həll etməlisiniz. Planlaşdırmadığınız xərclər, dəyərli bir əşyanı itirməyiniz mümkündür.
Asanlıqla nəyəsə həvəsiyir, başınızı itirir, dəlicəsinə aşiq olur, hadisələrin inkişafını sürətləndirir, yeni münasibətləri daha ciddi məcraya yönəltməyə çalışırsınız. Bu da boşuna deyil: intuisiyanız deyir ki, siz öz qismətinizi tapmısınız.

Əkizlər – Nə istədiyinizi və bunun üçün nələrdən keçəcəyinizi yaxşı bilirsiniz. Sizinlə sövdələşmək mümkün deyil: öz mövqeyinizdən bir addım da geri çəkilmək fikriniz yoxdur və güzəştə getmirsiniz. Belə mövqe sizə yaraşır: ən azından ətrafınızdakılar sizə tez-tez diqqət yetirir, gah gizli, gah da aşkar şəkildə xarakterinizin gücünə həsəd aparırlar.
Enerjinizi lazımi məcraya yönəldə bilsəniz, gününüz uğurlu olacaq. Əks halda münaqişələr, mübahisələr, ciddi fikir ayrılıqları yarana bilər. Gəzintiyə çox vaxt ayırın. İdman və fiziki işlə məşğul olmaq xeyrinizədir.

Xərçəng – Özünəinamlı və diqqətsizsiniz. Tənqidi qeydləri, məsləhətləri qulaq ardına verməyə meyllisiniz, başqasının təcrübəsi nəzərə alınmalı olan yerdə öz intuisiyanıza güvənməyə üstünlük verirsiniz. Amma bəxtiniz gətirir: hətta əgər səhv də etsəniz, onun nəticəsi elə də ağır olmayacaq.
Bu gün sizi çox sərt danışmaqda, güzəştə getməməkdə qınayacaqlar. Onların buna tam haqları da çatır. Amma maraqlıdır ki, bu hərəkətiniz sizin üçün doğrudan da vacib olan insanlarla münasibətlərinizə kölgə salmır. Sizin xasiyyətinizə bələd olduqları üçün bu gün onları qorxutmursunuz.

Şir – Nə qədər müqavimət göstərsəniz …read more

From:: ANS