Səfirliyin əməkdaşının qızını küçədə soydular

Moskvada Venesuela səfirinin müşavirinin qızını soyublar.

ANS PRESS-in məlumatına görə, soyğunçular qızın altı min rubl pulunu və diplomatik kartını götürüblər.

Naməlum cinayətkarlar Rusiya paytaxtında Venesuela səfirinin müşaviri Xoqlisa Xesus Martinesin qızı Yaniru Kariyunu qarət edib.

Zərər çəkən bildirib ki, anası ilə birlikdə o, Çvetnoy bulvarda kafelərdən birində dincəlirmiş. Gecə yarıya yaxın onlara iki kişi yaxınlaşıb və açıq-aydın şəkildə içində qiymətli şeylər olan əl çantanı götürüb qaçıblar.

Qızın sözlərinə görə, soyğunçuların qəniməti təxminən altı min rubl və diplomatik kart olub. Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS