Heç yerdə satılmayan əl işləri Xalça Muzeyində (FOTO)

Azərbaycan Xalça Muzeyində iki gündür ki, başqa abu-hava var. Burada təşkil olunan “İstedadlı Əlillər” İctimai birliyinin II və III qrup əlillərinin əl işlərindən ibarət satış sərgisi təkcə təqdim olunan işlərlə yox, həm də müəllifləri ilə maraq oyadır.

Həyatın çətinliyinə sinə gərənlərin mübarizliyinə heyrətlənməmək mümkün deyil. Bəzisinin anadangəlmə bəzisinin isə sonradan həyatda qazandığı fiziki məhdudiyyəti istedadına mane ola bilməyib.

Yusif Əlili – 6 yaşı var. Sərgiyə qatılan müəlliflərin ən kiçiyidir. Danışmır, amma firçası ilə heç bir natiqin danışa bilmədiyi qədər gözəl izah edir. Onun sərgiyə təqdim etdiyi “Neft Buruqları” işi insanı xəyal dünyasına aparır.

Vüsal Salmanov – 11 yaşı var. O, da sözlə yox, rənglərlə danışır. Sərgiyə təqdim etdiyi “Qoca” portreti bu oğlanın dərin mənalı əsərlərindəndir. Vüsalın Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki çin gözəlini təsvir etməsi də onun daxili zənginliyini sərgiləyir.

Nərmin Hümbətzadə – 11 yaşlı bu xanım da Yusif və Vüsalla eyni taleyi yaşayır. Onun səssizliyi isə 2 yaşından sonra başlayıb. Tək-tək sözləri yenicə öyrənib, ifadə edən Nərmin hücumuna məruz qaldığı itdən qorxur və bir də heç vaxt danışmır.

Nərmin rəssamdır. Nizami Yaradıcılıq Mərkəzində profesional şəkildə bu işlə məşqul olur. Əsasən portret çəkir. Respublika 1- ciliyinə layiq görülüb. 30-dan çox diplomu var. 9 yaşında Qran- Pri qazanıb. Polşa, Çexoslovakiya, Ukraynada diplomlara layiq görülüb. Bu sərgidə işlərindən ən çox sevdiyi “Buta”nıda satışa çıxarıb.

Məsləhət Tufan – bir əli və bir ayağı olmayan bu xanım Gəncədə tək yaşayır. 20 ildir ki, toxumaqla məşğuldur. Deyir ki, ən çətini portret toxumaqdır. Bu sərgiyə təqdim etdiyi Atatürk portretini 4 aya başa gətirib. Gözlərini toxumaq çətin olub. Məsləhət xanım işlərinin satışından da razıdır. Deyir ki, toxuduqlarımın əksəriyyəti satılıb. O, həm də 2 şeir kitabının müəllifidir.

Aybəniz Nəsirova – onun 59 yaşı var. Doğulan gündən ayaqları işləmir. Amma həyata 4 əlli sarılıb. Öz üzərində daim işləməyi ona 3 dəfə “Qızıl Əllər” mükafatı laureatı adını …read more

From:: ANS