İŞİD-çilər bunu da etdi

İraqın paytaxtı Bağdaddan şimalda yerləşən həbsxanada qiyam 30-dan çox adamın qətlə yetirilməsi, 40 məhbusun qaçması ilə nəticələnib.

ANS PRESS-in məlumatına görə, Xalis həbsxanasında qiyam zamanı altı nəfər polis işçisi və 30 məhbus öldürülüb. Lakin ölənlərin sayı ilə bağlı başqa rəsmi məlumatlarda 12 polis işçisi və 50 məhbusun öldürüldüyü bildirilir.

Rəsmilərin sözlərinə görə, məhbuslar arasında dava başlayıb və mühafizəçilər müdaxilə edən zaman məhbuslar silahı onlardan alıb. Həbsxanadan qaçan bəzi məhbusların terrorizmdə ittiham edildiyi bildirilir.

Son il İŞİD qrupu ilə mübarizənin getdiyi İraqda həbsxanalarda qiyamlar adi hal alıb.

Polisin verdiyi məlumata görə, bu gün Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində yeddi nəfər ölüb, 14 nəfər yaralanıb. Verilən məlumatlarda hücumun hədəfinin şiə zəvvarlar olduğu deyilir.

Həbsxanada qiyam və bomba hücumuna görə məsuliyyəti İŞİD qrupu öz üzərinə götürüb. …read more

From:: ANS