İŞİD-dən tükürpədici iddia (FOTO)

İŞİD terror təşkilatı tək gözlü körpənin fotolarını yayımlayıb.

ANS PRESS-in məlumatına görə, terror təşkilatı bu körpənin Əl-Məsih Dəccal olduğunu iddia edib. Sosial şəbəkədə paylaşılan görüntüdə təpəgöz körpənin fotosu əks olunub.

İŞİD-çilər dəccal adlandırdıqları körpədən istifadə edərək insanların diqqətini cəlb etməyə çalışır.

İslam inancına görə, axır zamanda Məsihin ikinci dəfə yer üzünə zühurundan əvvəl şeytana bənzər bir varlıq dünyaya gələcək. İnsanları dini inancından uzaqlaşdıran bu varlıq (dəccal) hər kəsi pisliyə, azğınlığa yönəldəcək.

…read more

From:: ANS