2015-in yeni istirahət məkanları (FOTO)

Qarşıdan yay gəlir. Hamı ilin yorğunluğunu atmaq üçün istirahətə hazırlaşır. Bəs bu yay hara getməli?

ANS PRESS-in məlumatına görə, səyahət saytı olan “Trip Advisor” 2015-ci ilin ən çox önə çıxan 9 istiqamətini müəyyən edib.

1- Sihanoukville
Kambociyanın paytaxtı Phnom Penhin cənub-qərbinə gedin. Hind okeanı sahillərindəki Sihanoukville də sizi sonsuz sahillər gözləyir. Çimərlik, ağ qumlardan yorulanda isə velosiped gəzintisi ruhunuzu dincəldəcək.

2- Da Nanq
Yeməyi sevənlər üçün əla yerdir. Vyetnamın şimalındakı liman şəhəri ölkə mətbəxinin ən ləziz yeməklərini təklif edir. İki il öncə tikintisi başa çatan Əjdaha körpüsündə gəzə bilərsiniz.

3- Limasol
Cənubi Kiprdəki bu şəhərdə həyətınızın ən hərəkətli gecəsini yaşaya bilərsiniz. Saysız gecə klubları, səhərə qədər davam edən əyləncə istəyənlər üçün əla yerdir.

4- Ao Nang
Taylandın istirahət cənnəti hesab edilən Phuketə alternativdir. Günbatımı və qızılı qumlardan daha çoxunu görmək istəyənlər qayıq kirayə götürə bilərlər? Siz qayalara dırmana, okeanın dərinliklərinə enə bilərsiniz.

5- Bodrum
Səyahət istiqamətləri dəyişsə də Türkiyənin ən önəmli turizm bölgəsi olan Bodrumun dəbi heç vaxt keçməyəcək. Egeyin incisi göz oxşamağa davam edir.

6- Naha
Yaponiya adətləri, gözəllikləri ilə özünəməxsus bir ölkədir. Okinava isə ölkənin içərisində tamamilə başqa bir gözəlliyə sahib bir bölgədir. Regionun ən göyük şəhəri olan Nahada dünyanın ən görməli yerləri yerləşir. Shuri qalaları, Ryukyu krallarının qəsri ilə yüz illər öncənin dəbdəbəsini görə bilərsiniz.

7- Kazan
Volqa çayının kənarındakı Kazana memarlar xüsusi diqqət göstəriblər. Gəzintiyə bütün dinlərin məbədindən başlayın, Kazan Kremli, Kul Şərif məscidi, Tatar Kukla Teatrı və Sovet muzeyi ilə davam edin.

8- Manaus
Braziliyanın yağmur meşələri arasında göz oxşayan bir şəhərdir. Yaşıllıqlardan zövq almamaq mümkün deyil. Manaus qədim mədəniyyət mərkəzlərindən biri kimi də tanınır.

9- Eylat
Qırmızı dənizin şimalındakı İsrailin liman şəhəridir. İsraillilər bu şəhərə yay aylarında axışırlar. Təmiz suyu, mərcan qayaları, gecə həyatı, alış-veriş mərkəzləri sizə yayın dadını çıxarmağa imkan verəcək.

…read more

From:: ANS