“Xızır” kimi gələn pilot 200 sərnişini xilas etdi

“Jet Airways” aviaşirkətinə aid Bankok – Dehli reysi ilə uçan təyyarədə qorxulu anlar yaşanıb.

ANS PRESS-in məlumartına görə, pilotun səhhətindən qəfil nasazlıq yarandığından təyyarənin təcili olaraq yerə endirilməsinə qərar verib.

Bu vaxt çıxılmaz vəziyyətdə qalan köməkçi pilot lazım olan yardımı sərnişinlərin arasından tapıb.

Belə ki, xoş təsadüf nəticəsində təyyarədə olan sərnişinlərin arasında “Jet Airways” aviaşirkətinin pilotu da olub.

Məhz həmin pilotun yardımı ilə təyyarəni “Gandhi” beynəlxalq hava limanına sağ-salamat endirmək mümkün olub.

Xəstələnən pilotun isə səhhətinin qənaətbəxş olduğu bildirilib. …read more

From:: ANS