Əsgərimizin yeməyi (FOTO)

2

Bu gün paytaxtda Böyük Vətən müharibəsinin 70 illiyi ilə bağlı tədbir keçirilir.

ANS PRESS-in məlumatına görə, tədbirdə Azərbaycan əsgərlərinin geyimləri, yeməkləri və 1941-45-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlılarla bağlı stendlər sərgilənib.

Tədbirə paytaxt sakinləri böyük maraq göstərib. Rixard Zorqe bağında keçirilən tədbir çərçivəsində Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunur.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:
– Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanı;
– Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
– Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
– Zərifə Əliyeva adına park;
– Zabitlər parkı;
– Fəvvarələr meydanı.
Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

…read more

From:: ANS