Daha bir neçə marşurutun istiqaməti dəyişdiriləcək (VİDEO)

Avropa Oyunları ilə əlaqədar bir sıra avtobusların istiqaməti dəyişdirildi.

ANS TV-nin mlumatina görə, yaxın günlərdə bu istiqamətlərdə yenə dəyişiklik olacaq.

“Bəzi maşrutlar var ki, onların xəttlərində, istiqamətlərində dəyişiklik olacaq. Məslən, Bakı kəndlərindən “Koroğlu” metro stansiyasına qədər gələn avtobusların xəttinin ya “Qara Qarayev”, ya da “Neftçilər” istiqamətində dəyişilməsilə bağlı, həm avtobusların nömrələrini, həm də maşrut istiqamətləri daxili təklif olunan alternativ yolları biz ictimaiyyətin diqqətinə çatdıracağıq.

Bu proses bir müddət davam edəcək. Avtovağzal, Ziya Bünyadov və Heydər Əliyev prospekti istiqamətində hərəkət edən marşrutlarla bağlı müəyyən dəyişikliklər gözlənilir. Və yaxın günlərdə bütün məlumatları ictimaiyyətin nəzərinə çatdıracağıq”, – deyə Nəqliyyat Nazirliyi Mətbuat xidmətinin katibi Namiq Həsənov bildirib.

…read more

From:: ANS