Bakıda sərxoş sürücü qəza törətdi

Bakıda toydan qayıdan sərxoş sürücü avtomobil qəzasın törədib. Hadisə Xəzər rayonunun Qala qəsəbəsindən Xaşaxuna bağları adlanan əraziyə gedən yolda baş verib. Belə ki, “VAZ 2106” markalı avtomobillə hərəkət edən sürücü – 1992-ci il təvəllüdlü Cavid Şahbazov idarəetməni itirib. Nəticədə sürücü avtomobili yol kənarındakı işıq dirəyinə vurub. Xəsarət alan sürücü və maşında olan sərnişin – 23 yaşlı Babayev Fərman Rasim oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon polis idarəsində araşdırma aparılır. Qeyd edək ki, hadisə sürücü Cavid Şahbazov və xəsarət alan Fərman Babayev toydan qayıdan vaxt baş verib. Onların hər ikisi qəza anında sərxoş vəziyyətdə olub. …read more

From:: ANS