Yuri Levitan – Hitleri hiddətləndirən “sovetin dəmir səsi” VİDEO

“Kremlin dəmir səsi” adlandırılan Yuri Levitanın səsi hələ uşaq olarkən ətrafdakılarının diqqətini çəkib. Qonşular öz uşaqlarını səsləmək istəyəndə bunu balaca Yuridən xahiş ediblər. Təbii ki, öz səsinin gücünə arxayın olan Yuri bu işin öhdəsindən asanlıqla gəlib.

Uşaqlıq illərində Levitanın heç ağlına belə gəlməyib ki, nə vaxtsa təkcə SSRİ-də deyil, bütün dünyada ən tanınmış səs sahiblərindən biri, məşhur diktor olacaq. Çünki o, orta təhsil aldığı vaxtlar aktyor olmaq istəyib.

Yəhudi ailəsində dünyaya göz açan Levitanın atası dərzi, anası evdar qadın olub. 17 yaşına catdıqdan sonra o valideynlərindən ayrılaraq, Rusiyanın Vladimir şəhərindən Moskvaya gəlib. Aktyor olmaq arzusunu həyata keçirmək üçün sənədlərini Kino texnikumuna verib. Ancaq qəbul komissiyasının üzvlərini Levitanın bilik və bacarığı qane etməyib. Ümidləri bu təhsil ocağından qırılan gənc Yuri təsadüfən radio diktorlarının qəbulu ilə bağlı elana rast gəlib. Ümidsiz olsa da müsabiqədə iştirak edib. Bu dəfə tale Levitanın üzünə gülüb. Danışığında əyalət ləhcəsi olmasına baxmayaraq komissiya üzvləri müsbət rəy veriblər.

Beləliklə bir müddət təcrübə keçdikdən sonra Levitan Radio Verilişləri Komitəsində işə başlayıb. 19 yaşlı diktora yalnız gecə saatlarında qəzetlərin xülasəsini oxumağı həvalə ediblər. Bəlkə də Levitanın diktorluq fəaliyyəti elə ömrünün sonuna qədər beləcə də davam edəcəkdi. Amma…

Həmin günlərin birində gecə vaxtı kabinetində işləyən Stalin təsadüfən radionu işə salıb. Bu vaxt Levitan “Pravda” qəzetinin xülasəsini oxuyurmuş. Onun səsi Stalinin diqqətini cəlb edib. Bir müddət qulaq asdıqdan sonra elə gecə ikən Radio Verlişləri Komitəsinin sədrinə zəng vurub göstəriş verib ki, qurultayın açılışı ilə bağlı sabahkı məruzəsini məhz bu tanımadığı diktor oxumalıdır. Səhərisi gün beş saatlıq məruzəni bir dəfə də olsun səhv etmədən və çaşmadan oxuyan Yuri Levitan həmi gündən Stalin tərəfindən Sovet İttifaqının baş diktoru və “Kremlin rəsmi səsi” statusunu daşıyıb.

1941-ci ildə müharibənin başlanması ilə bağlı xəbəri efir vasitəsi ilə ilk dəfə xarici işlər komissarı Molotov çatdırsa da Stalinin göstərişi ilə ikinci dəfə bu xəbəri Levitan səsləndirib.

1941-45-ci illərdə Levitan “Sovinformbüro”nun və Stalinin əmrlərini səsləndirib. …read more

From:: ANS