Şəki Avropa Oyunlarına hazırlaşır (VİDEO)

Ölkəmizin qədim tarixini divarlarında əks etdirən şəhərlərindən olan Şəki Avropa Oyunlarına hazırlaşır.

Gözəl təbiəti, maraqlı tarixi məkanları, zəngin sənətkarlığı və mədəniyyəti, eləcə də milli mətbəxilə Şəki daim əcnəbi qonaqların diqqət mərkəzində olub. Elə ölkəmizdə keçiriləcək Avropa Oyunları ərəfəsində də bu qədim şəhər turistləri layiqincə qəbul etməyə hazırlaşır. Bura gələn qonaqların istirahət edə biləcəyi məkanlardan biri rayonun qoruq ərazisində yerləşən Karvansaraydı.

“Azərbaycanada keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq Şəkiyə gələn turistlərin sayında artım müşahidə olunur. Bura gələn qonaqlar daha çox bizim milli mətbəximizə plov, dolma və burda hazırlanan Şəki pitisinə üstünlük verirlər”,- deyə aşpaz Fuad Əliəhmədov bildirib.

Dünyanın müxtəlif ölkələrindən gələcək əcnəbi qonaqların bölgəyə üz tutacağını nəzərə alan otel və istirahət məkanları da onların Şəkiyə səfərlərinin unudulmaz olması üçün əllərindən gələni edir.

Şəhərin yüksəkliyində dağların tam əhatəsində yerləşən Şəki Park İstirahət Mərkəzi də turistlərin yaddaşında qala biləcək məkanlardan sayılır.

“Məqsədimiz Azərbaycanı düyaya gözəl bir şəkildə təqdim etməkdir. Eyni zamanda bura gələn qonaqları xoş və gülərüz qarşılayıb, onlara yüksək səviyyədə xidmət göstərməkdir. Biz bura gələcək bütün qonaqları qəbul etməyə tam şəkildə hazırıq, onların yolunu gözləyirik”, – deyə istirahət mərkəzin rəhbəri Akif Əralp qeyd edib.

Turistlərin rayon ərazisindəki görməli yerlər və tarixi abidələrə ekskursiyaları da həyata keçiriləcək.
Eyni zamanda qonaqlara ətraf rayonlardakı tarixi məkanlarla da xüsusi turlar vasitəsilə tanış olmaq imkanı yaradılacaq.

…read more

From:: ANS