“Qalatasaray”dan vacib qələbə (FOTO)

Türkiyə Superliqasının 30-cu turuna start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə üç görüş keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” doğma meydanda “Konyaspor”u qonaq edib. Gərgin keçən oyunda “cim-bom” minimal hesabla vacib qələbəyə imza atıb.

“Qalatasaray”a liderliyi gətirən qolu 84-cü dəqiqədə komandanın kapitanı Selçuk İnan imza atıb. Bu qələbə ilə “Qalatasaray” xalını 67-yə çatdıraraq turnir cədvəlinin ilk pilləsinə qalxıb.

…read more

From:: ANS