Zeki Alasyanın cənazəsi barədə şok təklif

Türkiyənin tanınmış jurnalisti Sevda Türküsev ötən gün dünyasını dəyişən məşhur aktyor Zeki Alasyanın cənazə mərasimi barədə maraqlı iddia irəli sürüb.

ANS PRESS-in məlumatına görə, fikirlərini sosial şəbəkədə paylaşan jurnalist bildirib ki, Alasyanın cənazə mərasimi məsciddə olmamalıdır.

Bu fikirlərini açıqlayan Türküsev, hər insanın inancına hörmət göstərilməli olduğunu, müsəlman olmayanın cənazəsinin məsciddən qaldırılmamalı olduğunu qeyd edib.

“Zeki Alasya vəfat edib. Bu “həyatını itirdi” – sözünü sevmirəm. Ölüm həqiqi həyatın başlanğıcıdır. Vəfat etdi deyilməlidir… Bəziləri vəfat edir, bəziləri sadəcə ölür… Mənim hər inanca hörmətim var. Allaha inanmayana, Allahın əmrlərini yox sayanlara rəhmət oxumaram. Hamı ilə inandığı kimi rəftar olunmalıdır. Şəxs Allaha inanmırsa, müsəlman deyilsə cənazəsi də məsciddən qaldırılmamalıdır. Ölənin inancına hörmət etmək lazımdır. Nəyə inanırsa o olmalıdır.” – deyə Sevda Türküsev twitter səhifəsində bildirib.

…read more

From:: ANS