Ramzan Kadırov güllələndi (VİDEO)

Ukraynada “Azov” batalyonunun keçmiş komandiri, deputat İqor Mosiyçuk Çeçenistan lideri Ramzan Kadırova video müraciət edib.

ANS PRESS-in məlumatına görə, Mosiyçuk Kadırova qarşı təhqiramiz sözlər işlədib. Daha sonra keçmiş komandir Çeçenistan liderinin asılmış şəklinə avtomatdan atəş açmağa başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ramzan Kadırov Ukrayna deputatları Yuri Beryoza, Andrey Levusu və İqor Mosiyçukun Çeçenistana gətirilməsi barədə göstəriş vermişdi.

Hər üç deputat dekabrın 4-də Qroznıda baş verən silahlı toqquşmalarda terrorçuların dəstəklənməsində ittiham olunur. Həmin şiddətli atışmalar zamanı 14 polis əməkdaşı həlak olmuşdu.

…read more

From:: ANS