II Dünya müharibəsi ilə bağlı sərgi (FOTO)

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II Dünya müharibəsi illərində (faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunur)” adlı sərgi tamaşaçıların böyük marağına səbəb olub.

Muzeydən ANS PRESS-ə verilən məlumata görə, sərgi muzeyin fondlarında qorunan eksponatlar və toplanılmış materiallar əsasında hazırlanıb. Sərgidə 483 eksponat, 230 fotoşəkil və 13 rəsm əsərindən ibarət, ön cəbhədə və arxa cəbhədə vuruşan əsgərlərin materialları, Azərbaycan Sovet İttifaqı qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları nümayiş olunur. Təqdim olunan bu materiallar ilk dəfədir ki, geniş ictimaiyyətə çatdırılır.

Əcnəbi qonaqların, turistlərin rahat məlumat almaları üçün sərginin materiallarının annotasiyaları və onlar haqqında məlumat 3 dildə – Azərbaycan, rus və ingilis dillərində verilmişdir. Sərginin Azərbaycan və rus dillərində geniş kataloqu hazırlanmış və nəfis şəkildə çap olunmuşdur.

Xatıqladaq ki, sərgi 2015-ci il 5 may – 5 oktyabr tarixlərində fəaliyyət göstərəcəkdir.

…read more

From:: ANS