Bakıda dünya çempionu əlbəyaxa davada bıçaqlandı (VİDEO, FOTO)

Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb. Hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra 25-ci Polis Bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib.

…read more

From:: ANS