ABŞ ordusu döyüş vəziyyətində

“Vaşinqton blokun yekun qərarını gözləmədən Şimali Atlantika alyansına edilən hər bir hücumun qarşılığını verəcək”.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın NATO-dakı səfiri Duqlas Lyut belə bir bəyanatla çıxış edib.

Bəziləri isə bundan belə bir nəticə çıxarıb ki, istənilən təxribat heç bir sübut olmadan təcavüzkarlıq kimi qiymətləndirəcək. Bu da yeni müharibənin başlanğıcı ola bilər.

Qeyd edək ki, NATO prinsiplərinə görə, bütün Alyans üzvləri hücuma məruz qalan tərəfdaşını müdafiə etməlidir. Bu qərar müzakirə olunaraq bütün 28 üzvlə razılaşdırılmalıdır. Lakin əgər hücuma məruz qalanla hücum edən ölkələrin hər ikisi alyansın üzvüdürsə, bu zaman arzu etməyən ölkələr bu müdafiədə iştirak etməyə bilərlər. Duqlas Lyutun sözlərindən isə belə çıxır ki, indi yalnız ABŞ hansı tərəfin hücum edən, hansının isə hücuma məruz qalan tərəf olduğunu müəyyənləşdirəcək. …read more

From:: ANS