Polad Alemdarın evini görəndə inanmayacaqsınız (FOTO)

Artıq insanları ifaçı və aktyorların sənətindən çox onların şəxsi həyatı və mülkü maraqlandırır.

ANS PRESS bu dəfə oxuculara Türkiyənin tanınmış kino və musiqi simalarının evləri haqqında məlumat verəcək. “Kurtlar vadisi” serialındakı Polad Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmaz qazandığı pulları daşınmaz əmlaka yatırır.

Həftəlik qazancı 80 min lirə (təxminən 31 min manat) olan aktyorun onlarla mənzili və dükanı var. Sonuncu dəfə o, Fənərbağçada 2 milyon 600 min dollara ikimərtəbəli yaşayış yerini alıb. O, inşaatı davam edən 320 kvadrat metrlik sahənin dekorasiyasını özü etmək niyyətindədir.

Tanınmışların evlərinin şəkillərini sizə təqdim edirik.

İvana Sert hal-hazırda yaşadığı evi ilk dəfə görəndə onun diqqətini ən çox tavanın yüksək olması cəlb etmişdi.

Türkiyənin superstarı Ajda Pekkan isə geniş evinin bütün divarlarını ağ rəngə boyadıb.

Sibel Can da övladları Engin Can, Melisa və Əmir ilə yaşadığı evin qapılarını jurnalistlərin üzünə açıb.

Gülben Ergenin yaşadığı 4 mərtəbəli ev də çoxlarının maraq göstərdiyi villalardandır.

…read more

From:: ANS