Türkün Avropaya qaz hücumu

“Türk axını” qaz kəməri 2016-cı ilin dekabr ayında istismara veriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Türkiyə enerji və təbii qaynaqlar naziri Taner Yıldızla görüşünün nəticələri barədə danışan Miller vurğulayıb ki, iki ölkə arasında bu barədə anlaşma əldə edilib: “”Qazprom” öz iş qrafikində bu gün əldə edilmiş razılaşmaya əsaslanacaq”.

Görüşdə qeyd edilib ki, “Mavi axın” dəhlizi ilə cari ilin 4 ayı ərzində Rusiyadan Türkiyəyə 5,4 mlrd kub m qaz göndərilib. Bu, keçən ilin uyğun dövrünə baxanda 4% çoxdur. Son 10 ildə Türkiyədə qaza olan tələbat iki dəfə artıb. İllik gücü 16 mlrd kub m olan “Mavi axın” Qara dənizin altı ilə Rusiyadan Türkiyəyə qaz nəqlini nəzərdə tutur.

2014-cü ilin dekabr ayında anlaşma memorondumu imzalanmış “Türk axını” isə Qara dənizin altı ilə Rusiyadan Türkiyəyə 63 milyard kubmetr qaz ixracını nəzərdə tutur. Bunun 47 milyard kubmetri Yunanıstan sərhədinə nəql ediləcək. Kəmərin tikintisini “Qazprom” aparacaq. …read more

From:: ANS