Dünyanı necə dəyişirlər?

Böyük Britaniyanın “The Guardian” qəzeti Rusiya Prezidenti Vladimir Putinin 15 illik prezidentlik dövrünün əvvəlindən indiyədək olan müddət əsasında maraqlı məqalə hazırlayıb.

ANS PRESS-in məlumatına görə, “Rusiya Prezidenti Vladimir Putin ölkəni və dünyanı necə dəyişdirdi” başlıqlı yazıda deyilir ki, ötən müddətdə Rusiya tanınmaz dərəcədə dəyişdi. Beynəlxalq səhnədə təcrid olundu, sanksiyalarla, hətta “soyuq müharibə” ilə üzləşdi. Rusiya daxilində iqtisadi enməyə baxmayaraq, Kreml lideri Putinin məşhurluğu yüksəldi, reytinqi yuxarı həddə qalxdı.

Məqalədə vurğulanır: “O faktı inkar etmək çətindir ki, Putin ölkəyə və dünyaya böyük təsir göstərdi. Xüsusilə, Ukrayna böhranı Rusiya-Qərb əlaqələrində gərginlik yaratdı, Moskva-NATO münasibətləri dəyişdi.

“The Guardian” Rusiya iqtisadiyyatındakı dəyişikliklərdən söz açır, son illər ərzində Moskvanın Asiya tərəfə üz tutmasının ölkədə əhalinin sayının artmasına gətirib çıxardığını diqqətə çatdırır, həmçinin Kreml-müxalifət münasibətlərinə və Rusiyanın “ənənəvi əxlaq qalası”na çevrilməsi cəhdinə toxunur.

Qəzet sonda çoxqütblü dünya haqqında yazır, Rusiyanın idman nüfuzu, ölkədə korrupsiyanın vəziyyəti, Silahlı Qüvvələr və “yeni təbliğat” formaları barədə fikirlər yer alıb. …read more

From:: ANS