Kraliça yubileydə iştirak edəcək

Böyük Britaniya kraliçası II Yelizaveta Avropada II Dünya müharibəsinin bitməsinin 70 illik yubileyi ilə əlaqədar mayın 8-də “Westminster Abbey” kilsəsində keçirilən tədbirdə iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, tədbirdə müharibə qurbanlarının xatirəsi yad olunacaq və yaylım atəşi açılacaq.

Yubiley tədbirinin üç gün davam etməsi nəzərdə tutulub.

Mayın 9-da saat 11:00-da ölkə ərazisindəki katedrallar zənglərini səsləndirəcək. Mayın 10-da isə “St James’s” parkında veteranlar üçün qəbul təşkil ediləcək. …read more

From:: ANS