Adamın boynuna təkər keçirib diri-diri yandırdılar

Burundidə ölkə başçısı Pierre Nkurunzizanın 3-cü dəfə prezidentliyə namizəd olması ölkədə böyük etirazla qarşılanıb.

ANS PRESS-in məlumatına görə, iqtidar partiyasının üzvlərindən biri aksiyaçılar tərəfindən dəhşətli şəkildə cəzalandırılıb.

Etirazçıların, hakim partiyanın gənclər təşkilatının üzvü olan bir gənci diri-diri yandırdaqlı bildirilib.

Hadisənin şahidlərindən biri həmin gəncin boynuna maşın təkəri keçirilərək diri-diri od vurulduğunu deyib.

Nkurunzizanın ofisindən verilən açıqlamada hadisə kəskin şəkildə pislənib və bu cür hadisələrin təkrar olunmaması üçün bütün tədbirlərin görüləcəyi vurğulanıb.

“Qızıl xaç” cəmiyyəti də verdiyi açıqlamada, paytaxt Bujumburada müxalifətin keçirdiyi mitnqdə gərginlik baş verdiyini, baş vermiş insidentdə 1 nəfərin öldüyünü, 9 nəfərin xəsarət aldığını bildirib. …read more

From:: ANS