İngilislər səs verdi

Böyük Britaniyada keçirilən parlament seçkilərində seçki məntəqələri bağlanıb və səslər sayılmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, “Exit-poll” nəticələrinə əsasən, Mühafizəkarlar 316 qazanaraq ən böyük paritya olacaq – amma hökumət qurmaq üçün lazım olan 326 yer almayacaq.

İngiltere, Şotlandiya, Uels ve Şimali İrlandiyada təxminən 42 milyon seçici yerli saatla 07.00-den 22.00-a qədər səsvermədə iştirak ediblər.

BBC, ITV və Sky telekanalları üçün NOP/Mori-nin apardığı sorğunun nəticələrinə əsasən ikinci yerdə 239 yerlə Leyboristlər partiyası olacaq.

SNP-nin (Şotlandiya Milli Partiyası) 58 yer, Liberal Demokratların 10 yer, UKIP-in 2 yer və Yaşılların 2 yer qazanacağı proqnozlaşdırılır. …read more

From:: ANS