Fariz Məmmədov rəqibini nokauta saldı və… (VİDEO)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu (İK) peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib.

ANS PRESS-in məlumatına görə, 35 yaşlı idmançımız Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə təşkil olunan möhtəşəm boks gecəsində rinqə çıxıb. Bu döyüş ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş yarış çərçivəsində baş tutub.

Almaniyada keçirilən döyüşdə Məmmədovun rəqibi belaruslu Andrey Abramenko olub. Qarşılaşma reytinq xarakteri daşıyıb. Bunadək çıxdığı 29 döyüşdə 20 qələbəsi, 2 heç-heçəsi, 7 məğlubiyyəti olan rəqiblə döyüşün 10 raund davam etməsi nəzərdə tutulsa da, idmançımız görüşün taleyini vaxtından əvvəl həll edib. Belə ki, Məmmədov 3-cü raundda qalib gəlib. O, buna rəqibini nokauta göndərməklə nail olub. Bundan sonra isə o, ağrılar içinə rinqdə çökən rəqibinə yaxınlaşaraq onu qucaqlayıb və qalxmasına kömək edib.

Xatırladaq ki, F.Məmmədov 2013-cü ildə Andrea Abramenkonun böyük qardaşı Aleksandr Abramenkoya da qalib gəlib.

…read more

From:: ANS