Azərbaycanda 24 yaşlı gənc intihar etdi

Qaxda 24 yaşlı gəncin meyiti fındıq bağında ağacdan asılı vəziyyətdə tapılıb.

Hadisə bu gün axşam saatlarında rayonun Meşəbaş kəndində qeydə alınıb. Qax rayonu Meşəbaş kənd sakini, 1991-ci il təvəllüdlü Caba Zakroyeviç Şıxamiraşvilinin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaxınları tərəfindən yaşadığı evin yaxınlığındakı fındıq bağında ağacdan asılı vəziyyətdə aşkar edilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. …read more

From:: ANS