23 illik yaranın qaysağı

Şuşanın işğalında iştirak etmiş erməni komandirlərdən biri Jirayr Sefilyan hazırda həbsxanadadır. Livandan gələrək uydurma Böyük Ermənistan ideyasına qoşulmuş peşəkar terrorçu 33 yaşında peşman oldu və 2000-ci ildə hakimiyyətdə olan “Qarabağ” klanına qarşı sərt müxalifətə keçdi. Həmin vaxtdan bu yana Jirayr Sefilyan bir neçə dəfə həbsə girib. Axırıncı dəfə o, erməni xalqını kütləvi itaətsizliyi çağırırdı.

Gün gələcək Şuşanın işğalında iştirak etmiş 11 minə yaxın erməni döyüşçünün sağ qalanlarının hamısı Jirayr Sefilyanın yolunu tutacaq. 2014-cü ilə kimi ermənilər Şuşanın işğalında 1800 erməni döyüşçünün iştirak etdiyini iddia etsələr də hücuma komandirlik etmiş general Arkadi Ter-Tadevosyan bu sayı 4500-ə qaldırdı. “Komandos” ləqəbli erməni general Şuşa döyüşündə azərbaycanlılardan sayca bir neçə dəfə çox olduqlarını etiraf etdi. Erməni general Şuşaya hücumun təşkilinə görə elə qələbədən sonra peşman olduğunu da gizlətməyib. O, erməni mətbuatına bildirib ki, itkilər bu qələbənin əhəmiyyətini sıfıra endirdi. “Komandos”un sözlərinə əsaslanıb ermənilərin itkilərinin yüzlərlə, yaxud minlərlə olduğunu ehtimal eləmək olar. Çünki ermənilər əsgər sayını gizlətdikləri kimi itkilərini də gizlədirlər.

Azərbaycan ordusunun əsgər sayı və itkiləri isə hamıya bəllidir. Hücum anında şəhərdə cəmi 300 Azərbaycan döyüşçüsü olub. Üstəgəl, şəhərdə döyüşmüş komandirlərin dediyinə görə, həmin günlərdə nədənsə Gəncədə olmuş müdafiə naziri Rəhim Qazıyev şəhərə gedən yolların minadan təmizlənməsini əmr edib. Sən demə, nazir ATƏT təmsilçilərinin qarşısında biabır olmaq istəmirmiş.

Nəticə budur ki, nazirin bu əmri Şuşa camaatına çox baha başa gəldi. Sayı 4,5 mindən çox olan Ermənistan ordusu şəhərə hücum etdi və iki günlük ağır döyüşlərdən sonra Şuşanı işğal etdi. Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı. 150 nəfər əlil oldu, 552 körpə valideynini itirdi, 20 mindən artıq şuşalı doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşada Azərbaycan könüllülərinin sərt müqaviməti ilə rastlaşan nizami Ermənistan ordusu Qorbaçov və əlaltılarının hələ …read more

From:: ANS