Daha bir futbolçu nişanlandı (FOTO)

“Fənərbaxça”nın ulduzu nişanlandı. ANS PRESS-in məlumatına görə, evlilik yolunda ilk addımı Türkiyə millisinin futbolçusu Səlçuq Şahin atıb. Futbolçu uzun müddətdir bərabər olduğu Eməl Demiryürəklə nişanlanıb.

Nişan mərasimi bazar günü Mersində keçirilib. Nişana gənclərin ailələri, yaxın dostları qatılıblar.

Nişandan öncə cütlük Tarsus Amerika Kollecinə gedərək şagirdlərlə görüşüb, onlarala söhbət edib, nəsihətlər veriblər.

S.Şahin yanındakı nişanlısı ilə birgə valideynlərlə də danışıb, imzalı şəkillərini paylayıb. O, məktəbin tarixi binasına heyran qaldığını deyib.

Cütlük hətta məktəbin binası önündə nişan fotoları da çəkdiriblər.

…read more

From:: ANS