Fəhlə binadan yıxılıb öldü

Şabranda tikintidə fəlakət yaşanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuta xidmətinə istinadla verdiyi məlumata görə, hadisə dekabrın 8-də qeydə alınıb.

Hadisə Şabran şəhərindəki iaşə obyektlərindən birinin tikintisində baş verib. Tikintidə fəhlə işləyən rayon sakini Anar Xudaverdiyev 2-ci mərtəbədən yıxılıb.
Fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS