Bu reklam qadağan edildi (VİDEO)

Mia Miu çanta reklamı Böyük Britaniyada qadağan edilib. ANS PRESS-in məlumatına görə, krallığın reklam standartları komitəsinin qadağan etməsinə səbəb reklam üzü olan model və aktrisa Mia Qotun kampaninın fotolarında uşağa bənzədilməsi olub.

Böyük Britaniya Reklam Standartları Komitəsinin fikrincə, çarpayının üstündə uzanaraq poza verən 22 yaşlı Mia Qot fotolarda yeniyetməyə oxşayır. Fotolarda sanki yetkinlik yaşına çatmamış, ancaq yetkin qadın geyimində olan qız uşağı seksual poza verib. Komitə bu reklamın yetkinlik yaşına çatmamış qız uşaqları üçün mətnaltı mesaj ötürəcəyindən ehtiyatlanır və bu reklamı təhqiredici hesab edir.

Mia Qotun məxsus olduğu və reklamı şifariş verən şirkətlər bununla razılaşmırlar. Onlar düşünürlər ki, modelin pozasında heç bir seksual mətnaltı yoxdur.

…read more

From:: ANS