İsraildə koalisiya hökuməti quruldu

İsraildə baş nazir Benyamin Netanyahu hökümətin qrurulması üçün son müddətin bitməsinə az vaxt qalmış qatı-sağçı sionistlərlə koalisiya qurub. “Likud” partiyası ilə “Yəhudi Evi” partiyasının parlamentdə koalisiya formalaşdırması ilə, iqtidar 120 mandatdan 61-i tutmaqla cüzi üstünlük əldə etmiş olub. Bununla belə bu göstərici yeni hökümətin qurulması üçün kifayət edir. Nazirlər Kabinetindəki vəzifələrin bölüşdürülməsilə bağlı gərgin müzakirələrdən sonra sionist partiyanın lideri Naftali Bennet partiyalar arasında koalisiya razılaşmasının əldə olunduğunu elan edib.

İsraildə seçkilərdən 2 ay keçməsinə baxmayaraq, ölkədə yeni hökümət qurulmamışdı. Keçmiş müttəfiqlərin bu həftə “Likud” partiyası ilə yollarını ayırmasından sonra Netanyahu yeni müttəfiq axtarışına düşüb və danışıqlardan sonra sionistlərlə razılığa gəlib. Netanyahunun koalisiyaya girdiyi “Yəhudi Evi” partiyası işğal olunmuş Fələstin torpaqlarının İsrail dövlətinə ilhaq edilməsinin tərəfdarıdır. Sionistlər eyni zamanda işğal olunmuş ərazilərdə yəhudi qəsəbələrinin salınması siyasətini dəstəkləyir.

Ekspertlərə görə, sionistlərin təsiri altında hökümətin siyasi kursu dəyişərsə bu ABŞ və Avropa Birliyi ilə münasibətlərə ziyan vura bilər. …read more

From:: ANS