Bu bürcdə doğulanlar səfərə çıxmasın!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Rutin işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Amma təmaslar rahat və xoşagələn olmaya bilər. Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə etməyə çalışacaqlar. İnformasiya mübadiləsinə və məlumatların paylaşmasına fikir verin.
Günün ikinci yarısı bilavasitə fəaliyyət sahənizlə bağlı məsələlərin həlli üçün əlverişlidir. Münaqişəli situasiyalarda nümayişkaranə şəkildə sərt olmayın. Gələn xəbərləri təhlil edin. Proseslərlə bağlı mümkün qədər çox məlumat əldə edin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Buğa – Yaxın ətrafınızdakı insanlarla təmasda balansa riayət edin. Müstəqil olun, asılı insan təsiri bağışlamayın. Niyyət və istəklərinizdən patoloji dərəcədə asılı qalmayın. Fəaliyyətinizdə harmoniyaya nail olun.
Günün ikinci yarısında özünüzü və ya sayğı bəslədiyiniz insanı ideallaşdırmayın. Yeni layihəni razılaşdırmadan gerçəkləşdirməyə can atmayın. Qətiyyətli olun, amma aqressiv davranmayın. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa təşəbbüs göstərməyin. Qarşı tərəfdə dialoq istəyi olmalıdır.

Əkizlər – Günün ilk yarısı normal axardadır. Hadisələrin inkişaf məcrasına süni təkanlar verməyin. Kənar amillərin təsiri altında bəzi ssenariləri dəyişmək gərəkdir. Öhdəliklərinizi və vədlərinizi unutmayın. Səhhətinizə fikir verin.
Günün ikinci yarısında neqativ məqamlar sizdə bədbinlik yaratmasın. Müəmmalı situasiyada konstruktiv qərar verməyə çalışın. Yaxşı tanımadığınız insanla bağlı tələsik fikir söyləməyin. Bir sıra detallardan agah olmağınız lazımdır.
Axşam saatlarında evdən kənarda istirahət edin.

Xərçəng – Sizi təəccübləndirəcək çox hadisə olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Qəfil hadisə əhvalınızı korlayaraq fəaliyyətinizə pəl vura bilər. İşlərdən biri gəlir və ya rəqiblərlə müqayisədə üstünlük vəd edir.
Günün ikinci yarısında yeni əlaqələr qurun, təmasları aktivləşdirin, münasibətləri nizamlayın.
Diqqətinizə və qayğınıza ehtiyac duyan insanlara dəstək olun. Enerjiniz az deyil. Emosiyalara qapılmayın. Təmaslarda ehtiyatlı olun. Axşam saatlarında səhhətinizə fikir verin, çox işləməyin.

Şir – Ünsiyyətdə qarşılıqlı iradların sayını azaldın. Susmağa, qarşı tərəfi dinləməyə üstünlük verin. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin. Yüz ölçün, bir biçin. Fəaliyyət istiqamətində dəyişikliklər etmək olar.
Günün ikinci yarısınlda ailə problemlərini müzakirə etmək, məişətdəki çətinlikdən çıxış yolu aramaq …read more

From:: ANS