“Vesti” bakılı veterandan sujet hazırladı

Rusiyanın RTR kanalında yayımlanan “Vesti” verilişi bakılı veterandan sujet hazırlayıb.

ANS PRESS-in məlumatına görə, sujetdə 90 yaşlı Mariya Rzayeva öz döyüş xatirələrini bölüşüb.

O cəmi 18 yaşında Stalinqrad uğrunda döyüşlərdə iştrak edib. “Mən düşünmədən qələmi əlimə alıram və yazıram: xahiş edirəm məni Qızıl ordu (o zaman belə adlanırdı) sıralarına yazasınız və cəbhəyə göndərəsiz. Mən axır damla qanımadək Vətənimi qoruyacam”- deyə Mariya Rzayeva qürürla ordu sıralarına könüllü yazılmağını yada salır.

Stalinqrad uğrunda döyüşlərdə Mariya Rzayevanın eşitmə və görmə qabiliyyətinin yüksək olduğundan zenit artileriyası üçün kəşfiyyatçı işinə alırlar. Eşitmə və görmə bu işdə vacibdir. Belə ki, tank istehsal edən zavodun damından gələnin sovet, yoxsa düşmən təyyarəsi olduğunu ancaq səslə müəyyən etmək mümkün idi .

Mariya Rzayeva elə qızıl ordu sıralarında da azərbaycanlı həyat yoldaşı Həsən Rzayevlə görüşür. Onlar birgə qərb döyüşlərində iştrak edirlər. Müharibədən sonra isə evlənirlər və Həsən Rzayev onu Bakıya gətirir.

Həsən Rzayev artıq 13 ildir ki, Rəhmətə gedib. Lakin Mariya Rzayeva yenə də Bakıda qalır. Qızı Neft akademiyasında rus dili müəlliməsidir. Onun 2 nəvəsi və 3 nəticəsi var.

Sujetdə o da qeyd olunur ki, Mariya Rzayeva digər veteranlar kimi ölkəmizdə hörmətlə qarşılanır. “Asan xidmət”in dəstəyi ilə isə bu il Mariya xanım Moskvada qırmızı meydanda keçiriləcək qələbənin 70 illiyinə həsr edilən hərbi paradda iştrak edəcək.

…read more

From:: ANS