Seksual prokror od püskürdü FOTO, VİDEO

Krımda saxlanan Ukraynanın “Azov” könüllü batalyonunun döyüşçüsünü ömürlük həbs cəzası gözləyir.

ANS PRESS-in məlumatına görə, bu barədə Krımın baş prokuroru Natalya Poklonskaya açıqlama verib.

Saxlanan şəxs keçən il Simferopolda Çukurça məscidinin yanğınında və respublika prokurorluğunun binasında terror aktının hazırlığına iştirakda ittiham edilir.

“Onun törətdiyi əməllər görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”, — Poklonskaya deyib.

Krım prokuroru əlavə edib ki, saxlanılan şəxsin “Azov” batalyonunun üzvü olması barədə prokurorluqda kifayət qədər dəlil var.

Poklonskaya həmçinin, ukraynalı radikalların bundan sonra Krıma girməyə cəhd etməyəcəklərini güman etdiyini deyib.

“Xüsusi xidmət orqanları işləyir və bütün potensial radikallar bizə məlumdur.” – deyə baş prokuror bildirib.

Xatırladaq ki, Ukrayna milli qvardiyasının “Azov” könüllü batalyonunun üzvü Krım prokurorluğunun binasında terror aktı törətməyə hazırlıqda şübhəli bilinərək saxlanılmışdı.

Partlayıcı maddəylə dolu çanta 2014-cü ilin avqustunda Simferopolda Krım prokurorluğunun binası yanında aşkar edilmişdi.

…read more

From:: ANS