“Qəbələ” Antalyadan imtina etdi

“Qəbələ”nin yay hazırlıq planı müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, ardıcıl ikinci dəfə Avropa Liqasına vəsiqə qazanan komanda Türkiyəyə yollanacaq.

“Qəbələ” həmişəki kimi Antalyaya yoх, Ərzuruma üz tutacaq.

Hazırlıq prosesi iyunun 8-də başlayacaq və ayın 24-dək davam edəcək.

Lakin hazırlığın tarixi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun ev və ya səfərdə keçirilməsindən asılı olaraq dəyişə bilər.

İlk oyun evdə keçirilsə, komanda vətənə elə iyunun 24-də qayıdacaq. Əks halda isə səfərə birbaşa Türkiyədən yollanacaq. …read more

From:: ANS