Müğənni arvadını öldürüb intihar etdi (FOTO)

Amerikalı repper əvvəll arvadını öldürüb, sonra isə intihar edib. ANS PRESS-in məlumatına görə, 34 yaşlı Earl Hayes həyat yoldaşını xəyanətdə ittiham edib. O, düşünüb ki, 30 yaşlı rəqqasə və aktrisa olan sevgilisi Stefani Moseleyi qətlə yetirib.

Hayes törətdiyi qəli və intiharını görüntülü zənglə danışdığı boksçu dostu Floyd Mayveater Jr.a izlədib. Repper danışıq sırasında əvvəlcə arvadını, sonra isə özünü güllə ilə vurub.
Qan donduran cinayət cütlüyün Los Ancelesdəki evində gerçəkləşib.

Hayes arvadının məşhur bir müğənni ilə münasibətdə olmasından şübhələnib.

Hadisə səhər saatlarında baş verib. Hadisə yerinə gedən polis evdə cütlüyün cansız bədənləri ilə qarşılaşıb. Qonşular hadisə zamanı 10 silah səsi və qışqırıqlar eşitdiklərini deyib.

…read more

From:: ANS