Ban Ki-Mun qadın istəyir

Birləşmiş Milətlər Təşkilatının baş katibi onun yerinə gələcək namizəddən danışıb.

ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin mətbuat xidməti katibinin müavini Fərhan Haq xəbər verib.

Xəbərdə bildirilir ki, BMT-nin rəsmi nümayəndəsi hazırkı baş katib Ban Ki-Mun onun yerinə bir qadın rəhbərin gəlməyini istəyir.

“BMT-nin baş katibi postunu artıq bir qadın tutmalıdır. Çünki bunun vaxtı çatıb”, – deyə B. Ki Mun bildirib.

Ban Ki-Mun BMT-nin səkkizinci sədridir. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlayıb. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdi.

Qeyd edək ki, BMT Nizamnaməsinə əsasən, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Məclis tərəfindən təyin olunur. …read more

From:: ANS