Eynşteynin beyni nümayişə çıxarıldı (FOTO)

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ötən əsrin ən ağıllı insanlarından biri Albert Eynşteynin beyni yenidən nümayiş etdirilib.

ANS PRESS-in məlumatına görə, dörd il əvvəl də ziyarətçilərin baxışı üçün nümayiş etdirilən alimin beyni muzeyə gələnlərin sayına da təsir göstərib.

Nisbilik nəzəriyyəsinin banisi olan Eynşteyn 1955-ci il, aprelin 18-də ABŞ-da, Prinston hospitalında vəfat edəndən sonra meyiti xəstəxananın morquna yerləşdirilmişdi. Onun meyitini pataloqoanatom Tomas Harvey yarmış və beynini oğurlayaraq gizləmişdi. 2011-ci ildə isə həmin beyni Filadelfiyadakı Mutetr muzeyinə bağışlayıb.

Eynşteyn xəstəxanada cəmi bir gün yatmışdı. 76 yaşlı alimə daxili qanaxma diaqnozu qoyulmuş, amma o, cərrahiyyə əməliyyatından imtina etmişdi.

“Mən bu dünyadan özüm istəyəndə köçmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasız işdir. Artıq getmək vaxtıdır və mən layiqli şəkildə getmək istəyirəm” – deyə alim bildirmişdi.

…read more

From:: ANS