Qərbi qorxudan rus tankı (VİDEO)

Rusiya hərbi sənaye kompleksinin ən yeni məhsulları Qərb ölkələrini Silahlı Qüvvələrini müasirləşdirmək üçün tələsməyə məcbur edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə “Stern” qəzeti yazıb.

Qəzet bildirir ki, “Armata T-14” tankı SSRİ-in dağılmasından sonra Rusiyanın birinci real innovasiyasıdır. Dünyada tamamilə yeni əsas döyüş tankı tez-tez meydana çıxmır. Almanların “Leopard-2” tankı amerikalıların “Abrams-M1” kimi artıq 35 ildir buraxılıb. Belə olan halda “Armata” Rusiya tankqayırma sənayesinin ən yaxşı nailiyyətlərindən sayılır.

Belə ki, çox sürətli və manevr imkanlarına malikdir. Ona, xüsusiyyətlərinə görə “Leopard-2” tankına qoyulan topdan üstün olan yastı formada 125 millimetr yivsiz lüləli top quraşdırılıb. 152 və 155 kalibrli top dünyada ən güclü sayılır.

Əsas innovasiya odur ki, ekipaj tankın qabaq hissəsində xüsusi qorunmuş kapsulda yerləşir. Komanda heyətinin rahatlığına və təhlükəsizliyinə diqqət verilməsi Rusiya tankqayırma sənayesinin ənənəvi keyfiyyətidir.

Dünyanın istənilən başqa tankı ilə müqayisədə “Armata”larda ekipaj daha yaxşı qorunacaq. “Bron T-14” tankı da daxil olmaqla texnika hazırda obyekti dəqiq vurmaqda bacarıqlı deyil. Amma “Armata” tank əlehinə atılan raketləri yaxınlaşma anında yerə sala və hətta vertolyotları məhv edə bilir.

Tank yüksək ayırdetmə dəqiqliyinə malik distans videokameraların köməyi ilə daim dairəvi şəkildə fırlanaraq təhlükəsizliyi təmin edir. Distans idarə üsulu “Armata”ya pilotsuz təyyarələri və tank-robotları aşkarlamağa imkan verir.

“Stern” yazır: “Çox ehtimal ki, T-14-ün istifadə olunması müasirləşdirmə sahəsində Qərb ordusunda böyük narahatlıq doğuracaq. Rusiya bu ən yeni silahını xüsusi rejimdə, uzunmüddətli gizli saxlamayacaq. Çünki silah ixracı Kremlin bildirilmiş hədəfidir.”

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə ən yeni perspektivli hərbi texnikanın videogörüntüsünü yayıb. Bu tanklar mayın 9-da Moskvada Qələbə paradında nümayiş olunacaq.

…read more

From:: ANS