Ukraynada azərbaycanlı gənc öldü

May ayının 1-də Ukraynanın Odessa şəhərində güllələnərək yaralanan azərbaycanlılardan biri keçinib. ANS PRESS-in “RBK Ukraina” saytına istinadla verdiyi məlumata görə, Azərbaycan vətəndaşı bu gecə xəstəxanada keçinib.

Bu barədə bu günkü mətbuat konfransında Odessa Daxili İşlər İdarəsinin mətbuat katibi Alla Marçenko məlumat verib.

Hadisə may ayının 1-də baş vermişdi. Bolqarıstandan olan 21 yaşlı tələbə 3 azərbaycanlıya atəş açıb.

Məlumata görə, 1 may bayaramı münasibəti ilə keçirilən tədbirdə iki qrup arasında mübahisə baş verib. Gənclər münasibətlərə aydınlıq gətirmək üçün həmin axşam görüşməyə qərar veriblər.

Axşam saat 23 radələrində onlar Kiyevski rayonu Lvov küçəsində,Odessa Ekologiya İnstitutunun yataqxanasının yaxınlığında görüşüblər. Məhz burada atışma baş verib və 3 azərbaycanlı yaralanıb.

3 nəfəri silahla vuran şəxs hadisə yerindən qaçmağa cəhd edib. Lakin buna nail ola bilməyib. …read more

From:: ANS