Bakıya böyük imkan

Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin ixrac prosesi asanlaşacaq.

ANS PRESS-in məlumatına görə, iki ölkə gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması haqqında danışıqlar aparacaq.

Əgər bu danışıqlar müvəffəqiyyətlə nəticələnərsə o zaman, iki ölkənin gömrük prosedurları sadələşdirilə bilər. Bu isə sahibkarların tranzit xərclərini iki dəfəyə qədər azaldacaq və iki ölkə arasında ticarət canlanacaq.

Rusiya bazarlarda ticarət yerlərinin dörddə birini fermerlərə verəcəklər. RF baş naziri Dmitri Medvedev Federal gömrük xidməti mallarının idxalı ilə bağlı sərəncam da verib. Bu sərəncama əsasən, Rusiya Azərbaycanla danışıqlar aparacaq və gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması ilə bağlı təkliflər veriləcək.

Rusiya Serbiyadan meyvə və tərəvəzlərin idxalını dayandırmaq niyyətindədir. Buna səbəb isə Azərbaycan məhsullarıdır.

Belə ki, rus mütəxəssislər Azərbaycan məhsullarının digər ölkələrə nisbətdə daha ucuz başa gəldiyini düşünürlər. Bununla yanaşı, Rusiyada bitməyən mövsümi meyvə-tərəvəzləri Azərbaycanın ixrac etməsi də RF-nin bu ölkəyə maraq göstərməsinə səbəb olur. …read more

From:: ANS