Günün bürcü: Balıqlar eşqə düşəcək

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə – nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir.
Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.

Buğa – Başqalarının bacara bilmədikləri işlərin öhdəsindən siz daha asanlıqla gəlirsiniz. Öz gücünüzə inanırsınız, bunun da səbəbi var: uğurun yolunu tapmısınız və inamla məqsədinizə doğru irəliləyirsiniz. Çətin ki, kimsə qarşınıza çıxmaq istəsin: aydındır ki, istənilən adamı asanlıqla kənara itələyə bilərsiniz. Yetər ki, buna istəyiniz olsun. Çoxdankı bir düşməninizi əzə bilərsiniz.
Ziyafətlərə getmək, yeni tanışlar tapmaq, sizin üçün maraqlı adamlarla ünsiyyət məsləhətlidir. Bu gün başlanan eşq macərası sizə xeyli xoş emosiya bəxş edəcək. Aşiq Buğalar sevdiklərindən xoş sürpriz ala bilərlər.

Əkizlər – Hər şey öz yolunda gedir. Bu, sizi qane edir. Rəhbərliklə müəyyən fikir ayrılıqları mümkündür, ancaq günortaya doğru hamı sizin fikirlərinizin daha doğru olduğunu qəbul edəcək. Alış-veriş, biznesə yatırımlar, uzunmüddətli investisiyalar üçün uğurlu gündür: pulları “işləməyə” məcbur etmək sizdə yaxşı alınır.
Yaxınlarınızla hər zaman ümumi dil tapa bilmirsiniz. Amma ciddi münaqişələr də yaranmır. Sadəcə olaraq, müəyyən məqamlarda hər kəs öz fikrində qalır.

Xərçəng – Sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.
Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq …read more

From:: ANS