Paytaxtda güclü külək ağacı maşının üzərinə aşırıb (VİDEO)

Küləyin əsməsi nəticəsində Yasamal rayonundakı məhəllələrdən birində ağac avtomobilin üzərinə aşıb.

ANS TV-nin məlumatına görə, əlaqədar qurum əmədaşları dərhal hadisə yerinə cəlb ediliblər.

Bakının Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində güclü külək nəticəsində iri bir ağac kökündən çıxaraq yerə düşüb. Nəticədə küçədən keçən avtomobilə zərər dəyib. Yəni ağacın budaqları avtomobilin ön hissəsini yarasız hala salıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Sakinlərin dediyinə görə, güclü küləyin əsməsi tək bununla bitməyib. Həm də aşan çinar ağacı telefon xətlərini sıradan çıxarıb.

Sakin Cavanşir Əbilov deyir ki, ağacın kökü qurumuşdu, bunun nəticəsində ağac aşıb.

Aşan ağac yolu bağldığından burda avtomobillərin hərəkətində sıxlıq yaranmışdı. Bunun qarşısını almaq üçün sakinlər avtomobillərin küçəyə girməməsi üçün sürücülərə alternativ yol göstərirdi.

Faktla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi idarəsində bildirildi ki, sözügedən ağacın Eklogiya və Təbii Sərvətlər Nazirliyinin ekpertiza qurupu tərəfindən təqdim olunan rəyi olmayıb. Hadisə də güclü küləyin əsməsi nəticəsində baş verib.

Qurumun rəisi bildirdi ki, hadisə baş verən ünvana artıq əməkdaşlar yollanıb. Problemin aradan qaldırılması isiqamətində işlər gedir.

…read more

From:: ANS